Nail Naiboğlu: "Konsertin ilk anından hiss olunacaq ki rejissorun gecəsidir"
    • 29-11-2018, 17:20
    • 2 331

Nail Naiboğlu: "Konsertin ilk anından hiss olunacaq ki rejissorun gecəsidir"

Xəbər verdiyimiz kimi, rejissor Nail Naiboğlu "Gülüm" adlı yubiley konsertinə hazırlaşır. 

News24.az-a açıqlama verən N.Naiboğlu satışda az sayda biletin qaldığını bildirib:

"Bəziləri deyir ki, 200 zalı doldurmağa nə var ki? 2 minlik zala 200 bilet satmaqdansa 200 nəfərlik zalı anşlaq etmək mənim üçün daha maraqlıdır. Bilirəm ki, məni istəyənlər gələcəklər. Həmkarım Aqil M.Quliyevlə fərqli gecə etmək istəyirik. 2 rejissor birləşib həm iş göstərəcəyik həm də rejissorların dostluq etməyi bacardığını sübuta yetirəcəyik".

Qeyd edək ki, Nail Naiboğlunun "Gülüm" konserti 20 dekabr saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Tədbirdə yerli məşhurlarla yanaşı xarıcı tanınmış simalar da iştirak edəcək.

Teymur MƏMMƏDOV