Bakıda quyudan 1 kiloqram HEROİN TAPILDI
    • 5-03-2020, 13:09
    • 737

Bakıda quyudan 1 kiloqram HEROİN TAPILDI

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonunda əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 800 ABŞ dolları götürülüb.