Bakı metrosunda gərgin anlar
    • 14-09-2018, 11:50
    • 983

Bakı metrosunda gərgin anlar

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  faktı təsdiq edib. 

Onun sözlərinə görə, ləngmə təxminən 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses təxminən 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.