Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov VƏFAT EDİB
    • 7-03-2020, 11:14
    • 1 584

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov VƏFAT EDİB

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

News24.az APA-ya istinadən xəbər verir ki, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.
 
Allah rəhmət eləsin!