Ali təhsilin bu forması ləğv edildi
    • 7-03-2020, 20:01
    • 917

Ali təhsilin bu forması ləğv edildi

Ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.

News24.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.

Dəyişkilik dəyişiklik əyani təhsildə “fulltime” (əyani formasının tədrisə tam cəlb olunma) və “parttime” (tədrisə qismən cəlb olunma) formalarının tətbiq olunacağı ilə bağlıdır.

Qeyd edək ki, sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.