Təhsil Nazirliyinə məxsus binada yanğın söndürüldü
    • 9-03-2020, 09:02
    • 645

Təhsil Nazirliyinə məxsus binada yanğın söndürüldü

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.