DİN-dən Saatlıda baş verən qətllə bağlı - AÇIQLAMA
    • 9-03-2020, 13:15
    • 681

DİN-dən Saatlıda baş verən qətllə bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyi Saatlı rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

News24.az verir ki, martın 7-də Saatlı rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Fariz Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.