Ağstafada ikimərtəbəli ev yandı
    • 11-03-2020, 09:09
    • 702

Ağstafada ikimərtəbəli ev yandı

Ağstafa rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.