"Azərbaycana gələn turistlər kimi digər turistlərin qarşısında..."- FLORİAN ZENQSTMİD
    • 11-03-2020, 11:46
    • 490

"Azərbaycana gələn turistlər kimi digər turistlərin qarşısında..."- FLORİAN ZENQSTMİD

"Koronavirus dünya turizminə təsirsiz keçməyib. Bu bir faktdır və çox təəssüfləndiricidir". 

News24.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlər kimi digər turistlərin qarşısında səfər etmələri ya təxirə salmaları ilə bağlı dilemma durub.

"Hazırda bu vəziyyətin nə vaxt bitəcəyini bilmirik. Lakin biz çox optimistik ki, vəziyyət tezliklə sona çatacaq. Ağır müddəti birlikdə keçmək və tərəfdaşların yanında durmaq birinci məqsəddir. 

İkinci məqsəd bu vəziyyətin yaratdığı iqtisadi çətinlikləri ən minimum səviyyədə aşağı salaq. Üçüncü məqsəd odur ki, vəziyyət yenidən normallaşdırdıqda Azərbaycan insanların səyahət etmək üçün ağıllarına gələn ilk məkanlardan olmasına çalışmaqdır".
F.Zenqatşmid bildirib ki, hazırda qarşıdakı planlara və məqsədlərə baxmaq üçün gözəl vaxtdır ki, qarşıdan gələn çətinlikləri aşaq.

Afaq Mirayiq