"Azərbaycan Çindən çoxlu turist qəbul etmək üçün yetərincə hazır deyil"
    • 4-12-2019, 14:53
    • 554

"Azərbaycan Çindən çoxlu turist qəbul etmək üçün yetərincə hazır deyil"

"Azərbaycan Çindən çoxlu turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil".

News24.az
-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir:"2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq. Bu da potensialın həcmini artırmaqda bizə kömək edəcək".

İcraçı direktor onu da əlavə edib ki, Çinlə Azərbaycan arasında müqavilələrin imzalanması nəzərdə tutulur: "Bunun nəticəsində Çin turistləri üçün Azərbaycan təsdiqlənmiş məkan kimi göstəriləcək. Öz təcrübəmdən deyim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Avstriyaya gələn turistlərin sayı xeyli artdı. Ona görə ilk olaraq yeni turizm məhsulları hazırlanmalıdır. Həm restoranların menyusu yenilənməli, həm də xidmət göstərən heyətimizin Çin dilində danışması ilə bağlı işlər görülməlidir".

Afaq Mirayiq