Azərbaycan Turizm Bürosu koronavorusla bağlı strategiyasında DƏYİŞİKLİKLƏR EDƏCƏK
    • 11-03-2020, 13:28
    • 487

Azərbaycan Turizm Bürosu koronavorusla bağlı strategiyasında DƏYİŞİKLİKLƏR EDƏCƏK

Azərbaycanda koronavorusun yaratdığı böhranla bağlı sənayeni və vəziyyəti nəzərə alaraq strategiyamıza müəyyən dəyişikliklər etmişik".

News24.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.

Onun sözlərinə görə, cari ilin birinci yarımilliyində olan fəaliyyətlər nəzərdə tutmuşdu:

"Həmin fəaliyyətlərdə müxtəlif sərgilərdə iştirak, müxtəlif tədbirlərin təşfiq olunması üçün təkliflər etmişik və mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik. Bunun hansı formada edilməsinə gəlincə, məsələn, ötən həftə turizm şirkətləri, hotellər və agentliklərlə görüşmüşük və onların ilkin narazılığını eşitmişik. Bunun əsasında da müvafiq addımlar atırıq".

B.Əsgərov qeyd edib ki, ikinci məsələ olaraq müxtəlif layihələrdə rəqəmsallaşmaya keçilib:

"Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Bir daha yenidən düşünək, vəziyyətə fokuslanaq və təklif etdiyimiz məhsulları daha da yaxşılaşdırmaq ki, vəziyyət yenidən normallaşanda biz insanların ağlında getmək olduqları ilkin destinasiya kimi ortaya çıxaq".

Afaq Mirayiq