Canlı efirdə sözləri çəp gəldi
    • 17-05-2024, 13:53
    • 184

Canlı efirdə sözləri çəp gəldi

Efirdə müğənnilər İlhamə Qasımova və Azad Şabanov müzakirəli söhbət edib.

News24.az OLAY-a istinadla yazır ki, sənətçilər “İncə səhər” verilişində qonaq olarkən Azad bildirib ki, qadın ifaçılara kişilərə nisbətən rəqs tələbi dah azdır:

“Kişilərdən daha çox tələb edilir. Qadın səhnəyə çıxıb rəqs etməsə, şou göstərməsə də... Fikrimi düz başa düşmədin. Səhnədə bəy olanda onun geyiminə yox, ifasına, şousuna fikir verirlər. Amma xanımın geyiminə diqqət edirlər. Şou göstərməsə də, paltarına, makiyajına və sairə diqqət edirlər”.

İlhamə isə həmkarı ilə razılaşmayaraq bunları deyib:

“Niyə tələb azdır? Kim dedi onu sənə? Qadın səhnəyə çıxanda səsdə kəsilmələr, “xoruz buraxma” söhbətləri olur. Kişidə olmur. Əvvəlki iki dəqiqə geyimə, makiyaja diqqət edirlər, onu öyərəndən sonra oxumağına baxırlar. Amma gənc oğlan, sənin kimi ifaçı çıxanda 18-25 yaşlı qızlar özlərini “lezvalayırlar””.