"Lider"də nə baş verdiyini öyrənmək istəyirsinizsə..." - ƏDALƏT ƏLİYEV
    • 11-03-2020, 14:39
    • 953

"Lider"də nə baş verdiyini öyrənmək istəyirsinizsə..." - ƏDALƏT ƏLİYEV

"Lider TV-nin binası yerindədir, ora gedib reportajınızı yerində hazırlaya bilərsiniz".

News24.az xəbər verir ki, bu sözləri ötən gün axşam saatlarından etibarən məlum olmayan səbəblərdən yayımı dayandırılan Lider TV-nin rəhbəri Ədalət Əliyev kanalın fəaliyyətini dayandırıb-dayandırmaması ilə bağlı ünvanladığımız sualı cavablandırarkən deyib.

Mövzu ilə bağlı danışmaqda maraqlı olmayan Ə.Əliyev fikrini bu sözlərlə tamamlayıb: "Lider TV-də nə baş verdiyini öyrənmək üçün ofisimizə gedə bilərsiniz. Sizə başqa nə deyə bilərəm ki?" /kult.az/