-
- 11-03-2020, 20:56
- 2 354
"Lider" Televiziyasının yayımının kəsilmə səbəbi AÇIQLANDI - VİDEOREPORTAJ - FOTOLAR
2000-ci ildən fəaliyyət göstərən "Lider" televiziyası ilə bağlı yayılan xəbərlərlərin əsasının olub - olmadığını öyrənmək üçün teleşirkətə yollandıq.
News24.az xəbər verir ki, televiziyada hər kəsin iş başında olduğunun, efirin isə öz axarında davam etdiyinin şahidi olduq.
"Lider Xəbərlər" departamentinin rəhbəri Aynurə Vəliqızının sözlərinə görə, yaranan problem birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olub: "Ötən gecə sosial şəbəkələrdəki müxtəlif xəbər səhifələri, istərsə də, saytlar yalnış məlumat vermişdi. Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də, texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün marifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsibl. Dəfələrlə bizə qarşı bu addım atılıb".
Aynurə Vəliqızı onu da vurğulayıb ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır: "Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandara bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır, Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üşün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".
"Lider" TV Xəbərlər departamentinin rəhbəri Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxladıq. G.Gözəlova məsələ ilə bağlı bunları dedi: "Bununla bağlı hər hansı bir açıqlamam yoxdur".
Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən "Gecənin sehri" verilişi başlayandan az sonra "Lider" TV-nin yayımı kəsilib.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov