-
- 12-03-2020, 08:40
- 930
Çində bir gündə 1318 nəfər koronavirusdan sağaldı
Son bir gündə Çində yeni növ koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 11 nəfər, virusa yoluxanların sayı isə 15 nəfər artıb, daha 1318 nəfər sağalıb.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, koronavirusun yaratdığı xəstəliyin yayılması zamanı yoluxanların sayı 80,7 minə çatıb, onlardan 62,7 min nəfər sağalıb, 3169 nəfər ölüb. Yenilənmiş məlumatlara görə, Çində virusdan rəsmi ölüm səviyyəsi 3,9%-dən 3,92%-ə yüksəlib. Eyni zamanda, gün ərzində sağalan insanların nisbəti 76,1% -dən 77,7%-ə çatıb.
Dövlət Komitəsindən verilən məlumata görə, 31 regiondan beşində ümumiyyətlə heç bir yoluxma halı olmayıb, digər 25 əyalət, inzibati rayon və mərkəz tabeli şəhərlərdəki xəstəxanalarda yoluxanların sayı bir nəfərdən 90 nəfərə qədər dəyişir. Pekində 93 yoluxmuş insan var, Rusiya ilə həmsərhəd olan Heyluntszyan əyalətində - 29, Haynanda isə yalnız iki nəfər yoluxmuş insan qalıb.