Çində bir gündə 838 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxıldı
    • 16-03-2020, 09:04
    • 779

Çində bir gündə 838 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxıldı

Son bir gündə Çində yeni növ koronavirus qurbanlarının sayı 14 nəfər, yoluxanların sayı isə 16 nəfər artıb, daha 838 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb.

News24.az-xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 80860 nəfərə çatıb, 67490 sağalıb, 3213 nəfər ölüb.