-
- 12-03-2020, 10:59
- 629
Dəmiryolundan 10 min manatlıq OĞURLUQ EDİLDİ - FOTOLAR
Xaçmazda oğurluq edən dəstə üzvləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Nəticədə Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən ümumi dəyəri 10.000 manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar. Araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar, 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.
Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.
Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.