Şad xəbər! Koronavirusun peyvəndi TAPILDI
    • 8-05-2020, 00:29
    • 1 031

Şad xəbər! Koronavirusun peyvəndi TAPILDI

Dünyada yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd hazırlanması üçün araşdırmalar davam etdirilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə pandemiyanın ən geniş yayıldığı ölkələrdən biri olan İtaliyadan məsələ ilə bağlı sevindirici xəbər gəlib. Araşdırmaçıların "Takis Biotech" adlı dərman şirkəti ilə birlikdə hazırladıqları peyvənd ilk öncə siçanlar üzərində test olunub və müsbət nəticə əldə edilib.

Mütəxəssislər artıq koronavirusa qarşı peyvəndi tapdıqlarını və payız aylarında insanlar üzərində testlərə başlayacaqlarını açıqlayıblar.