Koronavirusa qarşı peyvənd HAZIRLANIR
    • 28-01-2020, 11:37
    • 1 031

Koronavirusa qarşı peyvənd HAZIRLANIR

Şanxay Tongji Universitetindəki Dongfang Xəstəxanası və Çin biotexnologiya şirkəti Stemirna adi haldan daha sürətli hazırlana bilən koronavirus mRNA peyvəndi hazırlamaq üçün bir layihəni təsdiqləyiblər.

News24.az RİA-ya istinadən xəbər verir ki, layihə rəhbəri Li Hanvenin sözlərinə görə,  tədqiqatçılar matriks ribonuklein turşusunu (mRNA) müxtəlif antigenlərin bir neçə növ ardıcıllığı ilə sintez etmək niyyətindədirlər. Daha sonra testlərin köməyi ilə təsirli antigenlər seçiləcək və bunun əsasında 40 gün ərzində 2019-nCoV profilaktik peyvənd nümunələri yaradılacaq.