Qəza səbəbindən bu ərazilərdə su kəsildi
    • 14-03-2020, 23:12
    • 683

Qəza səbəbindən bu ərazilərdə su kəsildi

"Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb".

News24.az bildirir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı sosial şəbəkə hesabında məlumat verib. 

""Azərsu" ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb", - qurum rəsmisi əlavə edib.