Bakıda bu ərazilərdə SU YOXDUR
    • 25-11-2019, 10:28
    • 637

Bakıda bu ərazilərdə SU YOXDUR

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən  500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" ASC-dən News24.az-a verilən məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.