Hindistanın Baş naziri koronavirusla bağlı müzakirə apardı
    • 16-03-2020, 11:35
    • 598

Hindistanın Baş naziri koronavirusla bağlı müzakirə apardı

Hindistanın Baş naziri bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının rəhbərləri ilə qarşılıqlı müzakirə aparıb.

Hindistanın Azərbaycandakı səfirliyindən News24.az-a verilən məlumata görə, Baş nazir Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələri üçün  COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib.

Baş nazir Şri Narendra Modi, bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə ortaq bir strategiya tərtib etmək üçün video konfrans vasitəsilə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin rəhbərləri ilə  qarşılıqlı müzakirə edib.

Ortaq tarix - ortaq gələcək

Baş nazir  qısa müddət ərzində xəbər verilməsinə baxmayaraq konfransa qatıldıqları üçün rəhbərlərə öz təşəkkürünü bildirib. O, keçmişdə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin tərkibinə daxil olan insanlar arasında ünsiyyəti və cəmiyyətlər arası qarşılıqlı əlaqəni vurğulayaraq, ortaya çıxan çətinliklərlə birgə mübarizə aparmaq üçün millətlərin bir araya gəlməyə hazırlaşmalarının böyük önəm daşıdığını qeyd edib. 

İrəli addım

Əməkdaşlıq ruhunda çıxış edən Baş nazir Modi,  bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif etdi və  Hindistanın fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları təklif etdiyini bildirib. Fond, tərəfdaş ölkələrin hər hansı biri tərəfindən təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər. O qeyd edib ki, Hindistan tərəfindən ölkələrin ixtiyarına veriləcək diaqnoz üçün testlər və digər avadanlıqlarla yanaşı həkimlər və mütəxəssislərdən ibarət “Təcili yardım qrupu” yaradılacaq. 

Baş nazir, qonşu ölkələrin təcili yardım qrupları üçün onlayn təlim qurumlarının yaradılmasını və Hindistanın Xəstəliklərə  Nəzarət Portalının tərkibində mümkün virus daşıyıcılarını və onlarla ünsiyyətdə olan  insanları izləməyə kömək etmək məqsədilə proqram təminatını təklif edib. O təklif edib ki, Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) Xəstəliklərin İdarəetmə Mərkəzi kimi mövcud qurumlarınının ən yaxşı işləmə metodlarını bir araya gətirmək üçün istifadə edilə bilər. 

O, həmçinin Cənubi Asiya bölgəsində epidemiya xəstəliklərinə nəzarət üzrə tədqiqatları əlaqələndirmək üçün ortaq tədqiqat platformasının yaradılmasını təklif etdi. O, mütəxəssislər tərəfindən COVID-19-ın uzunmüddətli iqtisadi nəticələri və daxili ticarəti və yerli valyuta zəncirlərini onun təsirindən necə yaxşı qorumaq barədə müzakirə edilməsi üçün qısa zamanda  beyin fırtınası edilməsini təklif edib. 

Rəhbərlər təklif olunan təşəbbüslərə görə Baş nazirə öz təşəkkürlərini bildirdilər. Baş nazir birgə mübarizə etməyin vacibliyini bir daha qeyd edərək Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələrinin qonşuluq əməkdaşlığının dünya üçün bir nümunə olacağını söyləyib.

Ortaq təcrübə 

Baş nazir Hindistana istiqamət verən mantranın "hazırlaş, amma panika yaratma” olduğunu söylədi və ölkəyə daxil olanların yoxlanılması, TV, mətbuat və sosial şəbəkələrdə kütləvi məlumatlandırma kampaniyalarının aparılması,  həssas qruplarla əlaqə yaradılması ,diaqnostika avadanlıqlarının artırılması və pandemiyanın idarə edilməsinin hər mərhələsi üçün protokolların hazırlanması kimi bir sıra təcili təbirlərin görüldüyün vurğulayıb. 

O, müxtəlif ölkələrdə olan 1400 Hindistanlını və həmçinin qonşu ölkələrin bəzi vətəndaşlarını da "qonşuluq ilk siyasətinə" uyğun olaraq Hindistan tərəfindən müvəffəqiyyətlə təxliyə edildiyini bildirib. 

Prezident Əşrəf Qani, Əfqanıstanın ən böyük həssaslığının İran ilə açıq bir sərhəddi olduğunu söylədi. Diffuziya modellərinin modelləşdirilməsini,və qonşu ölkələr arasında daha çox əməkdaşlığın qurulmasını təklif edib.

Prezident İbrahim Məhəmməd Solih, COVID-19 ilə əlaqədar olaraq tibbi yardım göstərdiyinə və doqquz Maldivlini Vuhandan təxliyə etdiyinə görə Hindistan hökumətinə təşəkkür edib. O, COVID-19-un ölkədəki turizmə və ölkənin iqtisadiyyatına mənfi təsirini vurğuladı. O, ölkələrin səhiyyə təcili yardım agentlikləri arasında daha sıx əməkdaşlıq etməklərini, iqtisadi yardım paketinin və bölgənin uzunmüddətli bərpa planının hazırlanmasını təklif edib.

Prezident Gotabaya Rajapaksa, (SAARC) CARƏD liderlərinə çətin dövrdə iqtisadiyyatın inkişafına dəstək olmaq üçün birlikdə işləməyi tövsiyə edib. O, eyni zamanda ən yaxşı təcrübələri bölüşmək və COVID-19-a qarşı regional məsələlərin əlaqələndirilməsi üçün CARƏD Nazirlər səviyyəsində bir qrup yaratmağı tövsiyə edib.

Baş nazir Şeyx Hasina, Baş nazir Modiyə karantin dövründə Hindistan tələbələri ilə birlikdə 23 Banqladeş tələbələrinin Vuhandan geri gətirilməsində köməklik göstəridiyinə görə təşəkkür etdi. Bölgənin Səhiyyə Nazirləri və Katibləri arasındakı video konfrans vasitəsilə dialoqun texniki səviyyədə davam etdirilməsini təklif edib.

Baş nazir KP Şarma Oli, CARƏD  liderlərini Nepalın COVID-19 ilə mübarizə üçün atdığı addımları qiymətləndirdiyini ifadə etdi. Bütün CARƏD xalqlarının birgə müdrikliyi və səyləri, pandemiya ilə mübarizə üçün sağlam və təsirli bir strategiya hazırlamağa kömək edə biləcəyini söyləyib.

Baş nazir Doktor Lotay Tshering, pandemiyanın coğrafi sərhədlərə tabe olmadığını və bu səbəbdən millətlərin birgə işləməsinin vacibliyini vurğuladı. Pandemiya COVID-19-ın iqtisadi təsirindən danışdı qeyri-bərabər dərəcədə kiçik və həssas iqtisadiyyata təsir edəcəyini söyləyib.

Doktor Zəfər Mirzə  CARƏD Katibliyinə real vaxt rejimində informasiya, məlumat mübadiləsi və koordinasiya üçün milli orqanlardan ibarət işçi qrupunun yaradılması tapşırığını təklif edib. CARƏD Səhiyyə Nazirlərinin konfransına ev sahibliyi etməyi və xəstəliklərə dair nəzarət məlumatlarını real vaxt rejimində paylaşmaq üçün regional mexanizmlərin inkişaf etdirilməsini təklif edib.