BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti DAYANDIRDI
    • 16-03-2020, 18:41
    • 992

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti DAYANDIRDI

Bakı şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.

İdarədən News24.az-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.