Azərbaycanda indiyədək koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb
    • 16-03-2020, 21:08
    • 873

Azərbaycanda indiyədək koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb

Azərbaycanda indiyə qədər koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb.

News24.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, hazırda karantində 560 nəfər var:
"Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik. Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıblar".