Tanınmışlar övladları ilə məktəbdə - FOTOLAR
    • 17-09-2018, 10:35
    • 3 480

Tanınmışlar övladları ilə məktəbdə - FOTOLAR

Ötən həftənin şənbə günü yeni dərs ili başlayıb. 

Bu gün isə şou-biznesin tanınmış simaları övladları ilə məktəbə yollanıb. Həmin fotoları şəxsi instagram hesabına yükləyən valideynlər öz hisslərini dilə gətiriblər. 

Kamil Zeynallı:


"Qızımızın 1-ci sinifi başladı. Allah hər kəsin balasını xoşbəxt etsin. Bütün dost tanışlardan şəkilə görə üzr istəyirəm. Mən ailə ilə şəkil paylaşmağı sevmirəm".

Rəqqasə Renka:


"Bax beləcə məktəb də başladı". 

Aparıcı Vüsalə Əlizadə


"Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik. Bu gündən yolumuz daha çətin, daha keçməkeşli, enişli, yoxuşlu olacaq! İnşAllah bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim. Allahımdan tək istəyim həyat sınağından səni alnı açıq, üzü ağ çıxarmağıma möhlət verməsidir. Bugünki həyəcanın dadını heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək nəfəsim".

Müğənni Rüfət Axundov


Aşıq Samirə