-
- 19-03-2020, 15:48
- 637
Şagirdlər üçün pulsuz oyun-əsaslı tədris mühiti yaradıldı
Təhsil Nazirliyi və “Micrsoft” şirkətinin əməkdaşlığı nəticəsində şagirdlər üçün “Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı yaradılıb.
Təhsil Nazirliyindən News24.az-a verilən xəbərə görə, “Minecraft Education Edition” təhsil üçün istifadə olunan və elm, texnologiya, mühəndislik, riyazi biliklərə əsaslanan oyundur. Bu resurs oynayarkən uşaqlarda alqoritmik düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırır. Şagirdlər oyun zamanı müstəqil olaraq müxtəlif problemlərin həlli üçün strategiyalar hazırlamalı olurlar ki, bu da öz növbəsində onlarda qərarları üzərində düşünməyi və düzgün seçimlər etməyi öyrədir. Şagirdlər platforma vasitəsi ilə müxtəlif fənlər üzrə öz oyunlarını yaradır, yaratdıqları oyunlar üzrə sinif yoldaşları ilə əməkdaşlıq edə bilir və interaktiv təhsil mühitində birləşirlər.
Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft” şirkətinin tərəfdaşlığı əsasında Azərbaycan ümumi təhsil müəssisələrinin şagirdləri “Minecraft Education Edition” lisenziyalarını pulsuz olaraq əldə edəcək, oyuna daxil olduqda müxtəlif fənlər üzrə resurslara çıxışla təmin olunacaqlar. Bunun üçün www.video.edu.az portalında “Minecraft” keçidindən istifadə etməklə, açılan səhifədə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən istifadəçilərin elektron poçt ünvanlarına lisenziya məlumatları təqdim olunacaq və onlar bu məlumatlarla “Microsoft Minecraft Education”, həmçinin “Microsoft Office 365” proqram təminatlarını pulsuz yükləmək imkanı əldə edəcəklər.