Rusiya- Britaniya qalmaqalı böyüyür,- "Noviçok" qurbanlarının sayı artdı
    • 9-07-2018, 10:10
    • 876

Rusiya- Britaniya qalmaqalı böyüyür,- "Noviçok" qurbanlarının sayı artdı

Böyük Britaniyanın Eymsberi şəhərində sinir iflicedici  “Noviçok'' maddəsindən zəhərləndiyi bildirilən iki nəfərdən biri ölüb.
 
News24.az-ın
RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  iyunun 30-da zəhərlənmə əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 44 yaşlı Don Storces xəstəxanada vəfat edib. Sinir iflicedici maddədən zəhərlənən 45 yaşlı Çarlz Roulinin vəziyyəti kritikdir.

Xatırladaq ki,martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Eymsberi şəhərinin yaxınlığında yerləşən Solsberidə küçədə huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin kimyəvi maddə ilə zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
 İlhamə