Tramp koronavirusa görə G-7 liderlərinin görüşünü təxirə salacaq
    • 20-03-2020, 20:34
    • 682

Tramp koronavirusa görə G-7 liderlərinin görüşünü təxirə salacaq

ABŞ prezidenti Donald Tramp iyun ayında Kemp-Devid iqamətgahında keçirilməsi nəzərdə tutulan G-7 liderlərinin görüşünü COVID-19 pandemiyasına görə təxirə salacaq.

News24.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evə istinadən məlumat yayıb.

Qeyd olunub ki, digər liderlər Trampın bu qərarı barədə məlumatlandırılıblar.

Agentlik bildirib ki, “Yeddilik” liderləri arasında görüş video-konfrans vasitəsilə aprel və may aylarında baş tutacaq.