Azərbaycanda bir ayda 11 mindən çox KÖRPƏ DOĞULUB
    • 24-03-2020, 10:35
    • 568

Azərbaycanda bir ayda 11 mindən çox KÖRPƏ DOĞULUB

Cari ilin yanvar ayında Azərbaycanda 11 min 279 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,4 təşkil edib.

Doğulan körpələrin 336-sı əkiz, 6-sı isə üçəmdir.

Yanvarda, həmçinin ölkədə 5177 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-ə bərabər olub. /Azvision/