Koronavirusa düçar olan Fatih Terimdən SON XƏBƏR
    • 30-03-2020, 15:59
    • 1 623

Koronavirusa düçar olan Fatih Terimdən SON XƏBƏR

"Qalatasaray" klubu koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən baş məşqçisi Fatih Terimin səhhəti ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumatda məşhur baş məşqçinin səhhətinin yacşılaşdığı və onun həkimlərin qərarı ilə evə buraxıldığı qeyd edilib.

Qarşıdakı 2 həftədə Fatih Terim evində karantin rejimindı müalicəsini davam etdirəcək və ehtiyac yaranarsa yenidən xəstəxanaya qaytarılacaq.

Qeyd edək ki, son günlərdə Türkiyədə koronavirus kütlıvi yayılıb və bu virusa yoluxanlarln sayı 10 min nəfərə çatıb.