Digər rayonlara da giriş-çıxış bağlandı -Video
    • 27-03-2020, 00:57
    • 1 016

Digər rayonlara da giriş-çıxış bağlandı -Video

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılıb. 


News24.az xəbər verir ki, bu barədə Avtosfer.az-a izləyicilər videomaterial göndəriblər. Belə ki, Gəncə və Ağdam rayonlarının girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq. Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.


Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.