Sığınacağı yandıracam, Zaur Baxşəliyevi öldürəcəm – TƏHDİD
    • 4-05-2024, 19:15
    • 158

Sığınacağı yandıracam, Zaur Baxşəliyevi öldürəcəm – TƏHDİD

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi bir kişi tərəfindən təhdid olunub.

News24.az "Medicina"-a istinadən xəbər verir ki, sığınacaqda qalıb çıxmış bir qadının keçmiş əri sığınacağı yandıracağı, partladacağı, onlara faciə yaşadacağı və aparıcı Zaur Baxşəliyevi maşında güllələyəcəyi ilə bağlı mesajı göndərib.

Qeyd olunur ki, təhdid mesajlarını yazan şəxs qadından rəsmi olaraq ayrılıb və bir müddət əvvəl qadının qardaşının başına kafel vuraraq ona xəsarət yetirib.

Məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.