-
- 18-09-2018, 14:29
- 1 860
Telekanallarımızın toy-düyünlü genosid oyunu – MTRŞ hara baxır?
Azərbaycanın teleməkanı yerli izləyicilərimizi qane edirmi? Bu sualı verdiyim 100 respondentdən 85 nəfəri narazılığını, yerdə qalan 15 nəfər ümumiyyətlə, Azərbaycan telekanallarını izləmədiyini bildirdi.
Qınanılası deyil. Reytinq arxasınca qaçaraq efirlərimiz şou proqramlarla doldurulub. Görünən odur ki, indi telekanallar kütləni deyil, kütlə telekanalları yönəldir.
Bayram Nurlu, Sərxan Kərəmoğlu və onlar kimi neçələrinin aparıcılıq etdikləri telekanalların təsiri ilə böyüyən gələcək nəsli təsəvvür edirsinizmi? Məncə genosidin fərqli formasını yaşayırıq. Axı nə görsün, nə götürsün bu gənclik?
Aparıcılıq dönüb olub yeni biznes növü. Ekstrasens, falçı, müğənni, aktyor, model, modelyer, aşpaz, zurnaçalan, daha nə bilim hansı peşələrin sahibləri əllərinə mikrofon alıb səhər açılandan gecə yarıyadək millətə “əxlaq dərsi” verirlər. Belə aparıcılar, bizi hara aparırlar?
Pulu olan pulunu verib, özəl telekanalda veriliş açır. Özəl proqramında da atasının evində oturubmuş kimi bildiyini edir. İstədiyi ifadəni işlədir, şəxsi münaqişələrini az qalır tamaşaçının gözünə soxsun. Proqramına qatılmayanı şantaj edir, dediyini eləməyənin “payını efir vasitəsi ilə verir, qara yaxır”.
Mən hələ ləhcə ilə danışanları, ədəbi dil normalarını pozanları demirəm. Qalmaqallı verlişlərin reytinqi yüksəldikcə həyəsızlığın da səviyyəsi yüksəlir. Heç fərqində olmurlar ki, əslində şou adı altında xalqı təhqir edirlər. Hansısa qudurğan efgirdə itinə toy edəndə, bal, yağ yedirəndə bir tikə şor-çörəyə möhtac olan yetim-yesirin duyğularını incitdiyini düşünmür. Toxun acdan xəbəri olmaz. Kimlərinsə dəbdəbəsini ballandıra-ballandıra rekalm edəndə, hansısa atanın evdə xanımının, övladının gözünə görünməkdən utandığını nəzərə alan varmı? Bəlkə elə bu səbədən neçə-neçə intiharlar baş veriri, ailələr dağılır.
Bəs məsələyə nəzarət etməli olan Milli Televiziya və Radio Şurası hara baxır? Gördüyümüz odur ki, qurumun fəaliyyəti bu problemin həllində hərdən bir irad bildirməkdən o yana getməyib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, “özəl kanallar üçün “səhv yoldadırlar” və “düzgün iş görmürlər”demək doğru deyil. Biz insanlara seçim hüququ vermişik. Onlar yerli 10 kanalla bərabər istənilən dünya kanallarına baxmaq imkanına malikdirlər”.
Azərbaycanda fəaliyyət göstərən özəl televiziyaların dünya kanalları ilə rəqabətə girə bilmədiyini deyən N.Məhərrəmli bildirib ki, bunun üçün müəyyən qədər vaxt lazımdır.
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli news24.az saytına verdiyi açıqlamada bildirib ki, reytinq xətrinə ən aşağı, zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil.
“Ölkədə televiziya yayımlarında hər kəsi narazı salan ciddi qüsurlar çoxdur. “Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik çəkir. Tamaşaçı və cəmiyyət marağı çox bəsit formada təqdim olunur. Xəbər proqramları aşağı səviyyədədir. Diskussiya proqramlarına isə demək olar ki, az rast gəlinir. Debatlar, tok-şoular və dialoqlar nadir hallarda təşkil olunur. Telekanallarımızda səviyyəsiz, bayağı şou verilişləri dəbdədir. Bunların hamısı da gələcək nəslin formalaşmasına çox mənfi təsir göstərir. Elə bu səbəblərdən də yerli telekanallar öz baxımlılığını itirib. Ona görə də, hazırkı dönəmdə Azərbaycan tamaşaçısı Rusiya, Türkiyə və başqa ölkə kanallarının izləyicisinə çevriliblər. Bu vəziyyət də məhz televiziyalarımızın və eyni zamanda teleməkanların baxımlılığının artırılmasında üzərinə böyük yük düşən teleaparıcıların buraxdığı ciddi nöqsanlar ucbatından yaranıb.
Teleaparıcıların peşəkarlıq səviyyəsindən danışan tanınmış televiziya eksperti Qulu Məhərrəmli qeyd edib ki, ölkədə populyar televiziya kanalı olmadığı üçün populyar aparıcılar da yetişmir: "Televiziyaçı gərək hər zaman orta səviyyəli tamaşaçını hədəf götürsün. Çox intellektual tamaşaçıya yönəlməyin öz problemləri var. Ən aşağı, zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil. Cəmiyyətdə orta tamaşaçı obrazı olmalıdır ki, sən daim onu nəzərdə tutub, onun üçün danışasan. Təəssüf ki, bizim bugünkü orta tamaşaçı dünən çoxluq təşkil edən bəsit tamaşaçı təbəqəsidir. Ona görə də indi keçmiş orta ilə intellektual aranı hədəfə almaq lazımdır. Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir. Çünki bizdə TV haqqında təsəvvürlər çox bəsitləşib, xəbər proqramları cılızlaşıb, ekranda mənəviyyatsız, boz və dayaz adamlar çoxalıb, efirdə fikir yoxsulluğu hökm sürür, əsl mənəvi böhran içindəyik. Aparıcıların bir qismi xəbərlərlə məşğul olur. Bu baxımdan telekanallarımızda müəyyən bir orta hədd saxlanılır. İkinci qism aparıcılar populyar verilişlərin aparıcılarıdır. Burada da vəziyyət mənfidən aşağı olsa da, çox da ağlamalı gündə deyil. Bizim əsas problemlərimiz şou aparıcıları ilə bağlıdır. Telekanallarımızda nümayiş etdirilən şoular müsbət hisslər oyatmır və neqativ duyğular yaradır. Bu sahədə parlaq nümunələr görməmişik. Azərbaycanda yaxşı şou aparıcısı Murad Dadaşovdur. Onda intellekt var, maneralar var, ünsiyyət qurmağı bacarır və s. Amma digər şou aparıcılarını sanki küçədən tutub ekrana atıblar. Onlar heç bir hazırlıq mərhələsi keçməyiblər, danışıq mədəniyyətinə yiyələnməyiblər. Nitq mədəniyyətləri çox aşağıdır, çünki təfəkkür səviyyələri çox aşağıdır. Bu tip aparıcılar telekanalları daha çox gözdən salırlar. Belə teleaparıcılar üçün mənəvi dəyərlər anlayışı, müqəddəs olası heç nə yoxdur. Onlar telekanalların rəhbərlərindən konkret tapşırıqlar alırlar ki, nəyin bahasına olursa-olsun, konfliktlər yaradın, dava-dalaş salın ki, veriliş maraqlı olsun. Verilişə baxan çox olsun ki, telereklamlar çoxlu qazanc gətirsin. Amma nəzərə alsaq ki, şoular televiziyalarımızın proqramlarında, təxminən, 60-70 faiz yer tutur, xeyli vaxt aparır və bu tip şou aparıcılar üstünlük təşkil edir, tamaşaçılarla daha çox ünsiyyətdə olurlar və nöqsanların çoxu da bu cür aparıcılarla bağlıdır. Ona görə də belə aparıcıların yetişdirilməsi üçün müəyyən bir məktəb, format, müəyyən tələblər olmalıdır”.
Tanınmış teleaparıcı Sevda Ağazadənin fikrinə görə bu hallar müvəqqətidir və keçici xarakter daşıyır. “Hesab edirəm ki, bu zamanla düzələcək məsələdir. Zaman özü hər şeyi yoluna qoyacaq. Amma bu fikirlə də razıyam ki, bu zaman kəsiyində gənclərimizin zövqü korlanır”.
Nə deyək. Təki bu adı məlum olmayan əcaib dövrün ömrü qısa olsun, gələcəyimizi-yetişən nəslin tərbiyəsini pozub xalqın mənəviyyatına sağalmaz yaralar vurmadan keçsin bu çal-çağırlı böhran dövrü.
İlhamə Rəsulova