-
- 28-03-2020, 11:58
- 854
Sifarişlə gətirilən mallarda COVİD 19 təhlükəsi- “İkinci əl" korona mənbəyidir
Bu gündən ölkə ərazisində gücləndirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Bununla əlaqədar olaraq bütün ticarət obyektlərində müştərilərə yerində xidmət göstərilməsi dayandırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, iaşə obyektlərində çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Bununla belə, insanları bir sual düşündürür. Görəsən, online sifariş edilən məhsullarda koronavuris ola bilərmi?
Elə News24.az-a Fərizə Süleymanova adlı oxucudan daxil olan məktubda da bu narahatlıq ifadə olunub.
Görəsən, xarici ölkələrdən sifariş olunan mallar həqiqətən də təhlükəli ola bilərmi? Nəzərə alınsa ki, bu virus infeksiyası əşyaların üzərində qala bilir, onda narahat olmağa əsas var. Bəzi mənbələrdə koronavirusun hətta 48 saat əşyaların üzərində qaldığı da qeyd edilir.
Bizimlə söhbətdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov insanları mal alarkən ehtiyatlı olmağa çağırıb: “Əsasən, ikinci əl mallarının gətirilməsinə diqqət etmək lazımdır. İkinci əl malları, ikinci əl maşınları qorxulu virusların Azərbaycana gəlməsi üçün təhlükə mənbəyi ola bilər. Ona görə insanlar maşın belə alanda dezinfeksiya etdirsinlər. Ikinci əl paltarları qaynatsınlar, ütüləsinlər, sonra istifadə etsinlər. Çünki koronavirusun mənşəyi, yayılma yolları tam bəlli deyil”.
E.Hüseynov onu da əlavə edib ki, onlayn dərman preparatlarını almaq məsləhət deyil: “Bu qəti yolverilmızdir. Çünki adi hallarda dərman preparatlarının 70 faizi saxta olur. İkincisi, insanlar mal alandan sonra mütləq kassa çekini uzun müddət saxlasınlar. Bir çox ölkələrdə malların dəyişdirilməsi, geri qaytarılması 14 gündən 30 günə uzadılıb.
Burdan Nazirlər Kabinetinə də səslənirəm ki, malların dəyişdirilməsi və geri qaytarılması müddətini bu ekstrimal vaxtda 30 günədək uzatsınlar. Məsələn, sırağagün bir nəfər zəng edib bildirir ki, “Zara”dan paltar alıb, əyninə balaca olub, amma geri qaytara bilmir. Malların dəyişdirilmsi və qaytarıması müddəti uzadılmalıdr. Çünki dükanlar işləmir, vətəndaşın da malı əlində qalıb”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla isə bildirir ki, COVİD 19 ştamı xarici mühitdə 9 -12 saat ərzində qalır: “Bilirik ki, viruslar hüceyrə daxilinə keçərək canlı orqanizmin resursları ilə yaşayırlar. Onlar ayrılıqda xarici mühitdə yaşaya bilməzlər. Xarici mühitdə də onların özlərinin resursları var, bu da 9-12 saatadək çatır. Ona görə də xaricdən gətirilən mallarda ciddi bir təhlükə yoxdur. Amma bütün bunlara baxmayaraq, gətirilən mallar əgər bağlama kimidirsə, 60 faiz yuxarı spirt əsaslı məhlulla üzəri silinməlidir. Əgər əşya xarab olmayan materialdadırsa, təmizlənməsi məsləhətdir. Sifariş olunmuş parça məhsularını da bir kənara qoymaq lazımdır ki, 12 saat qalsın, toxunmamaq lazımdır və koronavirus məhv ola bilər. Yəni hər ehtimala qarşı qabaqlayıcı tədbir görmək lazımdır. Amma düşünürəm ki, poçt vasitəsilə bunun geniş yayılma imkanı yoxdur. Yayılma mənbəyi əsas insanlar, daha dəqiq desək, onların təmasıdır”.
Afaq Mirayiq