Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan statistikası açıqlanıb
    • 29-03-2020, 15:50
    • 612

Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan statistikası açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan statistikasına əsasən, dünyanın 199 ölkəsində 664 891 nəfər koronavirusa yoluxub. 

News24.az xəbər verir ki, Azərbaycanda isə 163 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. 23 nəfərin vəziyyəti ağır, 18 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. İndiyə kimi ölkəmizdə 4 nəfər virus səbəbindən həyatını itirib, 15 nəfər isə sağalaraq evinə geri dönüb.