Cəlilabadda evdən 80 minlik OĞURLUQ EDİLDİ
    • 31-03-2020, 13:11
    • 1 102

Cəlilabadda evdən 80 minlik OĞURLUQ EDİLDİ

Cəlilabad rayonunda mənzildən 70 min manatdan çox pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları (33.150 manat) və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.