Qaynının evindən 80 minlik OĞURLUQ ETDİ
    • 2-04-2020, 13:37
    • 689

Qaynının evindən 80 minlik OĞURLUQ ETDİ

Cəlilabadda qaynının evindən külli miqdarda  pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəc ötən ilin dekabr ayının 4-də rayonun Mirzəli kəndi ərazisində yaşayan S.Nuriyevanın evindən  1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin İbayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Qeyd edək ki, E.İbayevin oğurluq etdiyi mənzil qaynına məxsus olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb. E.İbayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.