-
- 2-04-2020, 17:38
- 867
“Koronavirusdan qorxan insanların yaşamaq ehtimalı daha çoxdur, nəinki...”- PSİXİATR
“Koronavirusdan qorxan insanların yaşamaq ehtimalı daha çoxdur, nəinki qorxmayıb, cəsarət edənlərin”.
Bunu News24.az-a açıqlamasında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib.
Psixiatrın sözlərinə görə, əslində hazırda qorxuya, təşvişə səbəb var: “İtaliyada dünən 775 nəfər bu xəstəlikdən vəfat etdi. Şükür allaha ki, bizim dövlət orqanları şərait yaradıb ki, karantin şəraiti var, insanlar çıxmırlar. Amma təhlükəli məqamdır. 100 nəfərdən 5-i ölür. Mən deyim ki, qorxmaq lazım deyil, təvişdə olmaq lazım deyil, cəsarətli olun, gəlin koronavirusu öldürək. Bu yalan olar.
Əlbəttə, evdə oturmaq bir az depressiya yarada bilər, darıxma ola bilər. Evdə olduğunuz zaman çoxlu sayda məşquliyyət növləri var, hansı ki istifadə edə bilərsiz. Musiqiyə qulaq asın, kitab oxuyun, internetə, seriala baxın, idmanla, yoqa ilə məşğul ola bilərsiz. Müxtəlif xarici kurslar var, dil öyrənə bilərsiz. Bunu da nəzərə alın ki, biz tək deyilik, baxın Fransa da, İtaliya da, İspaniya, İran da bu vəziyyətdədir. Bilməlisiniz ki, bu epidemiyanın başlanğıcı olduğu kimi, sonu da olacaq. Məsuliyyətli olmaq lazımdır. Virus daşıyıcısı kimi kimisə yoluxdura bilərsiz, ona görə evdən çıxmayın”.
Psxiatr insanları sosial şəbəklərdə müxtəlif şəkildə yayılan xəbərlərə inanmamağa çağırıb:
“Bunlara “fakenews” məlumatlar deyilir. Rəsmi məlumat mənbələrinə istinad etmək lazımdır. Buunla bağlı aidiyyatı qurumlar var. Sosial şəbəkədə hərənin yazdığı məlumatlara inanmaq lazım deyil. Burada yalnız rəsmi əmrlərə, medodiki tövsiyələrə əməl etmək lazımdır”.
Afaq Mirayiq