Bakıda biabırçı mənzərə - Bu insanların həyatı RİSKDƏDİR - FOTO
    • 3-04-2020, 18:25
    • 647

Bakıda biabırçı mənzərə - Bu insanların həyatı RİSKDƏDİR - FOTO

Son günlərdə ölkəmizdə koronavirusun yayılması səbəbindən izolyasiya tədbirləri sərtləşdirilib. 

News24.az-ın məlumatına görə, dövlət tərəfindən izolyasiya tədbirlərinin sərtləşdirilməsinə baxmayaraq bəzi qurumlarda problem qalmaqdadır. Bu gün Heydər Əliyev prospektində Bakı Nəqliyyat Agentliyinə məxsus olan binanın önündə lisenziya almaq üçün toplaşmış taksi sürücülərinin yaratdığı mənzərə də bunu göstərir. Virusa qarşı tədbirlərin görülmədiyi və növbəli rejimin, sosial məsafənin gözlənilməməsi şəraitində çoxlu sürücü binanın qarşısında toplaşaraq gözləməli olub. Bu kimi hallar isə koronavirus kimi yoluxucu kəskin respiratr virusun kütləvi yayılması baxımından çox risklidir.

Hadisə yerindən çəkilən fotonu təqdim edirik.