Bülbül prospektində sürücü maşını yolun ortasında saxlayıb getdi - FOTO
    • 30-11-2019, 12:51
    • 833

Bülbül prospektində sürücü maşını yolun ortasında saxlayıb getdi - FOTO

Bakının mərkəzi prospektlərindən biri olan Bülpül prospektində maraqlı hadisə baş verib.

News24.az-ın məlumatına görə, prospektlə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsindəki işıqforda “Hyundai Accent” markalı taksidə texniki problem baş verib. Taksi sürücüsü maşını yolun hərəkət istiqamətində saxlayaraq uzaqlaşıb. Bu zaman sürücünün cərimələnməmək üçün maşının arxa baqajının qapısını açması və ön nömrənin üstünü örtməsi diqqəti çəkib.

Qeyd edək ki, bu kimi hadisələrdə sürücü maşını kənara çəkməli və evakuator çağırmalıdır.

Hadisəni əks etdirən fotonu təqdim edirik.