-
- 3-04-2020, 19:49
- 1 901
"Gərək kiminsə başına gəlsin ki..." - Cabir İmanov koronavirusla ZARAFAT EDƏNLƏRİ QINADI
"Bizim karantinimiz dövlətimizin qoyduğu qanunlara uyğun keçir. Mən şəxsən işdəyəm, amma bütün qaydalara riayət edirəm və əlimdən gələni edirəm ki, bu xəstəlik məni tutmasın. Çünki koronavirusa yoluxsam, o deməkdir ki bütün ailəm xəstələnəcək. Bu gün hər kəs yoluxanların saylarını görürük. Fəsadların artmaması üçün dövlətimiz hər kəsdən xahiş edir ki, evdə qalsınlar. Buna baxmyaraq, günün bu günündə bəzi insanlar çöldə gəzirlər, tində, taksilərin yanında dayanırlar. Mən şəxsən bunları alqışlamıram. Çox istəyərdim ki, biz dövlətimizə yardımçı olaq və qısa zaman kəsiyində bu xəstəliyi kökündən kəsək".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir İmanov AzTV-də yayımlanan "Siz #evdəqalın, biz gəlirik" verilişində deyib: "Bilirsiniz ki, bizim aprel ayında konsertlərimiz baş tutacaqdı, amma təxirə salındı. Bu dəqiqə konsert zamanı deyil. Səbr edib gözləyəcəyik. Gərək, indi təmkinli olaq. Sosial şəbəkədə daha da aktiv olub və pozitivlik ötürməyi çalışacağıq, amma burdan üzümü koronavirusla bağlı yersiz zarafatlar edən və videolar çəkən insanlara tuturam. Gərək, kiminsə başına bir hadisə gəlsin ki, sonra nəyisə anlayaq? Necə deyərlər, gülmə qonşuna, gələr başına".
Sevda Bayramova