-
- 20-09-2018, 13:35
- 1 583
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən çıxartdı - Yeni təyinat
Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev işdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.
R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.
Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev "Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub.
18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.
Həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.
E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. V.Quliyev həmin departamentin rəhbəri təyin olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.
//Qaynarinfo.az