-
- 7-04-2020, 13:05
- 847
Meşədə ağac kəsən ŞƏXSLƏR CƏRİMƏLƏNDİ
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb.
News24.az xəbər verir ki, bunu Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov deyib. Onun sözlərinə görə, araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.
Salman Həşimov əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunub və barəsində toplanmış materiallar hüquq-mühafizə orqanına göndərilib. Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib. Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub.
Ağac kəsənlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik rayon Prokurorluğuna göndərilib.