Sabahın hava proqnozu AÇIQLANDI
    • 7-04-2020, 13:00
    • 652

Sabahın hava proqnozu AÇIQLANDI

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz  cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək. 

Aprelin 8-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb  küləyi əsəcək. 
Havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti  olacaq.