Sabahın havası- YENƏ YAĞIŞ, KÜLƏK...
    • 23-04-2020, 13:06
    • 592

Sabahın havası- YENƏ YAĞIŞ, KÜLƏK...

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

ETSN Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumatına görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 7-9, gündüz  12-15, Bakıda gecə 7-9, gündüz  13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 24-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.