Sabahın hava proqnozu açıqlandı - YAĞIŞ YAĞACAQ, ŞİMŞƏK ÇAXACAQ
    • 25-04-2020, 13:06
    • 798

Sabahın hava proqnozu açıqlandı - YAĞIŞ YAĞACAQ, ŞİMŞƏK ÇAXACAQ

Aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata əsasən, havanın temperaturu  Abşeron yarımadasında gecə 7-10, gündüz  14-18, Bakıda gecə 7-9, gündüz  15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  

Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.