“ASAN Məktub”la 210 şəxsin ehtiyacı TƏMİN EDİLDİ - FOTO
    • 7-04-2020, 13:37
    • 1 180

“ASAN Məktub”la 210 şəxsin ehtiyacı TƏMİN EDİLDİ - FOTO

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində 65 yaşdan yuxarı tənha yaşayan insanların ehtiyacları www.asanmektub.az saytına yerləşdirilib. 

News24.az xəbər verir ki, bu günə qədər qeydə alınmış 300-dən çox müraciətin artıq 210-u təmin edilib və aidiyyəti üzrə təhvil verilib.

Vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən təmin edilmiş ehtiyaclar ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır. 

Bir məktubu da siz gerçəkləşdirin!
 
#BizBirlikdəGüclüyük #evdəqaldəstəkol