Aşura ilə bağlı 5 min insan qan verib
    • 20-09-2018, 17:40
    • 905

Aşura ilə bağlı 5 min insan qan verib

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasında 5089 nəfər iştirak edib.

 Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva  bildirib ki, indiyədək 2291 litr qan toplanıb.