Sosial dəstək proqramı 1 milyon 900 min insanı ƏHATƏ EDƏCƏK
    • 7-04-2020, 18:30
    • 826

Sosial dəstək proqramı 1 milyon 900 min insanı ƏHATƏ EDƏCƏK

Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır: "Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Yəni bu gün dövlət büdcəsi ilə yanaşı, digər dövlət qurumlarının da bütün ehtiyatları da bu istiqamətə səfərbər edilib".