4 günlük körpə KORONAVİRUSDAN ÖLDÜ
    • 9-04-2020, 11:02
    • 1 216

4 günlük körpə KORONAVİRUSDAN ÖLDÜ

Koronavirus testi müsbət olan 4 günlük körpə ölüb.

News24.az "G1" portalına istinadən xəbər verir ki, hadisə Braziliyada yaşanıb. Ölkənin səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Rio Grande do Norte ştatının paytaxtı Natal şəhərində qadın hamiləliyin 30-cu həftəsində vaxtından əvvəl körpə dünyaya gətirib.

Doğuşdan sonra tənəffüs çatışmazlığı olan körpə uşaqlar üçün olan reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın ölüm səbəbi müəyyən edilir. Onun doğuşdan sonra yoluxub-yoluxmaması hələ məlum deyil.

Uşağın anasında hipertansiyon, diabet və piylənmə kimi xəstəliklər var. O, hazırda evdə təcrid olunub və COVID-19 testinin nəticəsini gözləyir.